“Cəmiyyətə həsr olunmuş illər: Akkan Suver” kitabının təqdimatı keçirilib
23.02.2017 [10:05]
Fevralın 22-də Azərbaycanda Atatürk Mərkəzində “Cəmiyyətə həsr olunmuş illər: Akkan Suver” kitabının təqdimatı keçirilib. Bu yeni nəşr Engin Köklüçinarın Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver haqqında yazdığı “Sivil topluma adanmış yıllar” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantıdır.
AZƏRTAC xəbər verir ki, kitabı Azərbaycan dilinə Atatürk Mərkəzinin əməkdaşı Afət Mamayeva çevirib.
Tədbirdə əvvəlcə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Akkan Suver 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə gəncləri məlumatlandırmağın vacibliyini vurğulayıb. Haqqında yazılmış kitab barədə danışan A.Suver deyib ki, bu, onunla bağlı Azərbaycanda çap olunmuş üçüncü nəşrdir.
Akkan Suverin Azərbaycana bağlı insan olduğunu söyləyən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirib ki, o, ölkəmizin taleyi ilə bağlı işlərə həmişə reaksiya verib.
Diqqətə çatdırılıb ki, nəfis şəkildə çap olunan kitabda daha çox Azərbaycanla bağlı fotolara üstünlük verilib.
Nizami Cəfərov qeyd edib ki, Akkan Suverin tərcümeyi-halında, fəaliyyətində tarixi şəxsiyyətlərin izləri var. Engin Köklüçinarın bu kitabında Akkan Suverin xüsusilə iki böyük şəxsiyyətlə olan münasibəti, Azərbaycanda Heydər Əliyev, Türkiyədə isə Süleyman Dəmirəlin onunla bağlı düşüncələrinə yer verilib.
Kitab haqqında məlumat verən E.Köklüçinar deyib ki, nəşrdə Akkan Suverin 1998-2016-cı illərdə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfindəki 19 illik fəaliyyəti əks olunub. Kitabda, həmçinin 31 ildir səmərəli fəaliyyət göstərən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qazandığı nailiyyətlərdən də bəhs edilir.
Kitabın tərcüməçisi Afət Mamayeva deyib ki, bu onun Akkan Suverlə bağlı tərcümə etdiyi ikinci kitabdır.
Xalq yazıçısı Çingiz Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran və digər çıxış edənlər Akkan Suverin Azərbaycana bağlı insan olduğunu qeyd edərək bildiriblər ki, o, haqqında kitab yazılmağa layiq şəxsiyyətlərdəndir.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

