Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə uğurla inkişaf edib
18.09.2013 [10:46]
Tovuz rayon ictimaiyyəti qarşıdakı seçkilərdə YAP-ın namizədi İlham Əliyevə səs verəcək
Dünən Tovuz rayonu Alakol kəndində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov Prezident İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu söyləyib. Son illər Tovuz rayonunda aparılan yenidənqurma işlərindən bəhs edən təşkilat sədri İlham Əliyevin Prezidentliyi dövründə rayonda bir çox sənaye müəssisələrinin, yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin, o cümlədən, məktəblərin istifadəyə verildiyini xatırladıb. Prezidentimizin uğurlu daxili siyasətindən danışan M.Bayramov, əslində, YAP Sədri, Prezidentliyə namizəd İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyib və son 10 ildə görülən işlərin Azərbaycan xalqının birbaşa sosial yaşamına müsbət təsirindən danışıb: “Prezident İlham Əliyevin o səbəbdən təbliğata ehtiyacı yoxdur ki, apardığı siyasət, gördüyü işlər göz önündədir. Prezident İlham Əliyev regionların inkişafına xüsusi diqqət göstərir. Biz bu siyasətin uğurlu nəticələrini öz rayonumuzun timsalında görürük. Yeni məktəblər açılır, bir sıra təhsil ocaqları təmir olunur, tələbələrin, müəllimlərin təqaüdləri, demək olar ki, ildə iki dəfə artırılır. Eyni zamanda, Prezident İlham Əliyev səhiyyənin inkişafı üçün bütün lazımi addımları atıb. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün bir sıra mühüm addımlar atıb, subsidiyalar ayrılıb, bu sahədə çalışan sahibkarlara əlavə yardımlar edilir. Bunlar dövlətimizin başçısın gördüyü çox geniş işlərin sadəcə bir neçəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə uğurla inkişaf edib və biz hər birimiz bu inkişafı öz həyatımızda açıq şəkildə görürük”.
M.Bayramov məhz bu faktları nəzərə alaraq xalqımızın 9 oktyabrda Prezident İlham Əliyevə səs verəcəyini söyləyib.
Daha sonra çıxış edən rayon təşkilatının fəalları, kənd ağsaqqalları - Zirəddin Əhmədov, Mayıl Hümbətov, Eldəniz Vəliyev, Fərman Əliyev, Oqtay İsmayılov və digərləri Prezident İlham Əliyevin ötən 10 ildə gördüyü işləri yüksək qiymətləndirərək Tovuz rayon ictimaiyyətinin qarşıdakı seçkilərdə alternativsiz namizəd İlham Əliyevə səs verəcəyini deyiblər.
AQŞİN
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19

