Xalqın qurtuluş və özünü təsdiq tarixi
11.06.2016 [09:35]
Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlayan yol mövzusunda” tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov deyib ki, Ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edib.
Təşkilat sədrinin sözlərinə görə, respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılıb: “1993-cü ilin iyununda son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən xilas etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin edib. Ulu öndərin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 15 iyun tarixinin sonradan Milli Qurtuluş Günü elan edilməsi və hər il əlamətdar gün kimi qeyd olunması da məhz bu reallığa əsaslanır”.
Natiq qeyd edib ki, böyük şəxsiyyət olan Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu: “Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan bəri hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, dövlətimizin müstəqilliyi Ulu öndərin bəyan etdiyi kimi əbədi, dönməz, sarsılmaz oldu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün problemlər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi”.
Təşkilatın sədri Ümummilli liderin siyasi kursunun bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini və xalqımızı daha parlaq, firavan gələcək gözlədiyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP fəalları Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar. Çıxış edənlərdən Pərvanə Rəhimova, Əjdər Məmmədhəsənov, Asya İmamverdiyeva, Ceyhun Qurbanov və başqaları qeyd ediblər ki, Ulu öndərin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi sayəsində ölkəmizin gələcək tərəqqisi üçün yaradılmış etibarlı bünövrə hazırda respublikamızın sağlam təməl üzərində sürətlə inkişafına şərait yaradıb.
Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

