Muxtar Babayev Çinin müvəqqəti işlər vəkili ilə COP29-a hazırlıq tədbirlərini müzakirə edib

Muxtar Babayev Çinin müvəqqəti işlər vəkili ilə COP29-a hazırlıq tədbirlərini müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı noyabrın 11-22-də Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.