Azərbaycan ilə Fransanın “Total” şirkəti arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşüb. Görüşdə Azərbaycan ilə “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.