Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.