Prezident İlham Əliyev Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul edib

Prezident İlham Əliyev Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən onun üçün ayrılmış iqamətgahda neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Technip-İtaly şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.