Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olunub, bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.