Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurların önəmi vurğulanıb, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.