Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə məsələlər ətrafında fikir mübadiləsi aparılıb.