Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Rusiya Federasiyasına işgüzar səfər edib.
Moskva şəhərinin Vnukovo-2 hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.