Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xorvatiya Respublikası parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə edilib. Ölkələrimizin bundan sonra həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq edəcəyi əminliklə qeyd olunub. Xorvatiya Respublikası parlamentinin sədri İosip Lekonun Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.