Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Sonra xatirə şəkilləri çəkdirilib.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.