Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazeni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul edib.
Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.