Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlətimizin başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fikrət Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğulayıb, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib.