Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tyerri de Montbrial Ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.