Bu ilin 9 ayında vergi orqanlarına müraciətlərin sayı 330 mini ötüb

Bu ilin 9 ayında vergi orqanlarına müraciətlərin sayı 330 mini ötüb

Cari ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 330 min 460 müraciət daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub.

Məlumata əsasən, daxil olmuş müraciətlərin 97 faizinə baxılması hesabat dövründə başa çatdırılıb, 3 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 95 faizi həll olunub, yaxud müvafiq izahatlar verilib, digəriləri barəsində isə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 510 vətəndaşın qəbulu təşkil edilib.