ADA Universitetinin tələbələri NATO-nun ictimai diplomatiya bölməsinin proqramında iştirak etmək üçün alyansın mənzil- qərargahında olublar.
Universitetin diplomatiya və beynəlxalq münasibətlər üzrə bakalavr və magistr proqramının (MADIA) 10 tələbəsi iki günlük proqram çərçivəsində müttəfiq qüvvələrin Belçikanın Mons şəhərində yerləşən Avropada Ali Komandanlığında və NATO-nun mənzil-qərargahında təşkil olunmuş brifinqlərdə iştirak ediblər.
Tələbələrə NATO-nun müvafiq ekspertləri tərəfindən tərəfdaşlar, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər sahələrlə bağlı məlumatlar verilib. Eyni zamanda, onların Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin əməkdaşları ilə görüşü təşkil olunub.
ADA Universiteti nümayəndə heyətinin Brüsselə ənənəvi səfəri ictimai diplomatiya bölməsinin və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutub.