“Al Jazeera” saytında AZƏRTAC-ın xüsusi müxbirinin Yerevanın son provokasiyası haqqında məqaləsi yerləşdirilib

“Al Jazeera” saytında AZƏRTAC-ın xüsusi müxbirinin Yerevanın son provokasiyası haqqında məqaləsi yerləşdirilib

Nüfuzlu “Al Jazeera” media resursunun onlayn versiyasında AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidovun məqaləsi yerləşdirilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın əsas mövqeyi şərh olunub və son insident - Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması ilə hərbi əməliyyatların alovlanması və hadisələrin Azərbaycan üçün taktiki qələbə və Ermənistan üçün ağır nəticələrlə bitməsinə dair müxtəsər məlumat verilib. (bax: http://www.aljazeera.com/indepth/opinion/2016/04/nagorno-karabakh-occupation-160405120502265.html).
Azərbaycan jurnalistləri bundan sonra da dünya ictimaiyyətini Ermənistan hakimiyyət orqanlarının yalan təbliğatı və Azərbaycan xalqının əlverişli mövqeyi haqqında məlumatlandırmaq üçün bacardıqları töhfəni verəcəklər.