Avstraliyalı parlamentarilər Azərbaycanda seçkilərin təşkilini yüksək qiymətləndirirlər

Avstraliyalı parlamentarilər Azərbaycanda seçkilərin təşkilini yüksək qiymətləndirirlər

Avstraliyalı parlamentarilər Milli Məclisə seçkiləri müşahidə etmək üçün 20-dək seçki məntəqəsində olublar. Onlar seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün yaradılmış şəraiti, ümumiyyətlə seçkilərin təşkilini yüksək qiymətləndiriblər.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında Avstraliya parlamentinin üzvü Luke Simpkins bu barədə danışıb.
L.Simpkins deyib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılıb. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Seçki məntəqələrində yüksək fəallıq müşahidə olunub. Nizam-intizama ciddi riayət edilib. Seçicilər sərbəst şəkildə məntəqələrə daxil olub, səslərini veriblər. Bir sözlə, vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə ediblər.