"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin sosial vəziyyəti və ictimai-siyasi fəallığı ilə bağlı müddəalar geniş yer alacaq

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin sosial vəziyyəti və ictimai-siyasi fəallığı ilə bağlı müddəalar geniş yer alacaq
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin sosial vəziyyətinin və ictimai-siyasi fəallığının yaxşılaşdırılması ilə bağlı müddəalar geniş yer alacaq”. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanır və YAP üzvü olan gənclər bununla bağlı müxtəlif təkliflər irəli sürüblər.
YAP-ın fəal gənclərinin Qəbələ və Oğuz rayonlarında keçirilmiş “Azərbaycan 2020: gələcəyə baxış” adlı geniş toplantılarında müxtəlif təkliflər səslənib. İnkişaf Konsepsiyasında ölkəmizin bütün gənclərinin səsləndirdikləri təkliflər də yer alacaq.