Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da APCO-nun Global Political Strategies şirkətinin sədri, ABŞ-ın Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf tarixindən danışılıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.