Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə ünvanladığı təbrik məktubu rəsmi “İnform.kz” və “Bnews.kz” saytlarında yerləşdirilmişdir.
Məktubda Prezident İlham Əliyev həmkarı Nursultan Nazarbayevi Qazaxıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik etmişdir.