Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyənin Gelişim Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyənin Gelişim Universiteti arasında anlaşma memorandumu imzalanıb

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində noyabrın 1-də “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyənin Gelişim Universiteti arasında beynəlxalq təhsil əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalanıb.
AzərTAc xəbər verir ki, memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Gelişim Universitetinin rektoru, professor Burhan Aykaç imzalayıblar.