Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib
NATO-nun Lissabon sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşün təfərrüatları açıqlanmır. Məlumatda həmçinin Edvard Nalbandyanın ABŞ prezidenti Barak Obama, BMT baş katibi Pan Gi Munla da görüşdüyü bildirilir.