Baş nazirin müavini: “Azərbaycanda uşaqpulu verilmir” fikrini səsləndirmək doğru deyil

Baş nazirin müavini: “Azərbaycanda uşaqpulu verilmir” fikrini səsləndirmək doğru deyil

Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada “ölkədə uşaqpulu verilmir” məntiqini qəbul etmirəm. “Trend”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur”.
Əli Əhmədov vurğulayıb ki, bu baxımdan “Azərbaycanda uşaqpulu verilmir” fikrini səsləndirmək doğru deyil: “Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu “uşaqpulu” formasında ifadə edirsinizsə, o zaman bu araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur”.