Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Artur Rasizadəni “Xalqlar Dostluğu” ordeni ilə təltif edib.
AZƏRTAC Belarus dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, Belarus Prezidenti müvafiq fərmanı aprelin 7-də imzalayıb.
Bununla Artur Rasizadənin Belarus-Azərbaycan ticari-iqtisadi və humanitar əlaqələrinin inkişafına və möhkəmlənməsinə sanballı töhfəsi qeyd edilib.