Beynəlxalq konfransın iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Beynəlxalq konfransın iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II Beynəlxalq konfransın iştirakçıları fevralın 21-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçəklər düzülüb.