Dünya qadınları Azərbaycanın məcburi köçkün qadınlarının çağırışlarına laqeyd qalmamalıdırlar

Dünya qadınları Azərbaycanın məcburi köçkün qadınlarının çağırışlarına laqeyd qalmamalıdırlar
Dünya qadınları erməni təcavüzü nəticəsində əziyyət çəkən azərbaycanlı qadınların çağırışlarına laqeyd qalmamalıdırlar. Bunu Pekində ümumdünya Qadınlar Forumunda iştirak edən Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayeva deyib. Məlumatı “Cihan” agentliyi yayıb. “Erməni təcavüzü nəticəsində məcburi köçkün adını qazanan 1 milyon vətəndaş arasında bir neçə min qadın var”, - deputat Q.Paşayeva deyib. Paşayevanın sözlərinə görə, forumda iştirak edən qadın-nazirlər Ermənistanın təcavüzündən əziyyət çəkən azərbaycanlı qadınlara bir çox yardımlar göstərə bilərlər.