Əli Həsənov: Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib

Əli Həsənov: Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib
“Azərbaycandakı vəziyyət, siyasi partiyalar və onların fəaliyyəti, ölkədə media azadlığı və medianın, söz azadlığının vəziyyəti bütün dünyada dəyərləndirilən normalara uyğundur”. Bunu “Trend”ə Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanda normal müxalifətin və söz azadlığının mövcud olmadığı barədə bəyanatını şərh edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib, fərqli düşünənlərdən və mitinqə çıxanlardan bir dəfəyə 10 nəfər öldürülməyib. Belə hadisələrlə zəngin olan Ermənistan rəsmiləri gərək bu sözləri dillərinə alıb Azərbaycanla özlərini müqaysə etməsinlər” - deyə, Ə.Həsənov bildirib.
PA rəsmisinin sözlərinə görə, xarici dövlətlər dəfələrlə postsovet ölkələri ilə Azərbaycanı müqayisə edib və həmişə Azərbaycanı Ermənistandan üstün tutublar.