Əli Həsənov: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi seçkilər qanuni sayıla bilməz

Əli Həsənov: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi seçkilər qanuni sayıla bilməz
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi seçkilər qanuni sayıla bilməz”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, keçirilən “seçkilərin” heç bir hüquqi əsası yoxdur: “Dağlıq Qarabağın rəsmi statusu ilə bağlı Azərbaycanla Ermənistan arasında saziş imzalanmayınca, əhalinin öz doğma yurdlarına qayıtmasına şərait yaradılmayınca, bu kimi seçkilər qanuni sayıla bilməz”.