“Bir neçə gündən sonra ölkəmizin həyatında əlamətdar tarixi hadisə baş verəcək - “Bakı-2015” ilk Avropa Oyunları başlayacaq. Birinci Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm hadisədir”. Bu fikirləri iyunun 5-də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının rəhbərləri ilə görüşdə bildirib.
Prezidentin köməkçisi ilk Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin kütləvi informasiya vasitələri tərəfindən yüksək səviyyədə işıqlandırıldığını deyib, buna görə təşəkkürünü bildirib.
Əli Həsənov KİV-lərin Oyunları da yüksək səviyyədə işıqlandıracaqlarına əminliyini ifadə edib.