Fransalı deputatlar: Seçki prosesinin yaxşı təşkil olunduğunu müşahidə etdik

Fransalı deputatlar: Seçki prosesinin yaxşı təşkil olunduğunu müşahidə etdik

Fransa Milli Assambleyasının deputatı Tyeri Mariani Azərbaycanda seçki prosesinin yaxşı təşkil edildiyini deyib. O, məntəqələrdə çoxsaylı müşahidəçilərin olduğunu söyləyib.
AZƏRTAC Seçki-2015.az saytına istinadla xəbər verir ki, Milli Assambleyanın deputatı, Fransa-Azərbaycan dostluq qrupunun sədri Mişel Vuezan da seçkilərin təşkilindən razılığını bildirib. O, indiyədək Bakıya 10 dəfə səfər etdiyini, hər səfərində öncəki ilə müqayisədə daha çox inkişafın şahidi olduğunu bildirib.