Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir.
AZƏRTAC Seçki-2015.az saytına istinadla xəbər verir ki, bu fikri GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
Baş katib bildirib ki, GUAM Parlament Assambleyasının nümayəndələri Bakıda bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər.
O bildirib ki, yerli müşahidəçilərin seçkilərdə fəallıq göstərməsi çox vacibdir.