İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımının 22-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
AzərTAc xəbər verir ki, müraciətdə İSESCO-nun baş direktoru Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşilikləri İkinci Dünya müharibəsi zamanı baş vermiş hadisələrlə müqayisə edib.
Müraciətdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb. Əbdüləziz bin Osman əl-Tüveycri BMT və qurumun Təhlükəsizlik Şurasını Ermənistanın işğalçılıq siyasətinə son qoymağa çağırıb.