Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş C.İsmayılzadənin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 8-nə təyin edilmiş iclasında baxılacaq.