Parlamentin dünən keçirilən plenar iclasında çıxış edən YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Xətai rayonunda yerləşən “Ana harayı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsini təklif edib. SİA-nın xəbərinə görə, M.Qurbanlı hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: “Ana harayı” abidəsi Şəhidlər Xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülsə, o zaman Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilərlər”.