“Seçki ilində bizim müxtəlif səviyyələrdə, görüşlərimiz, dialoqlarımız gözlənilir”. Bu barədə Modern.az saytına Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı açıqlama verib. Onun sözlərinə görə, YAP müxalifət partiyaları ilə istənilən an dialoqa hazıdır.
“Bizim qapılarımız dialoq üçün həmişə açıqdır. Bütövlükdə Azərbaycan cəmiyyətində dialoq mühiti mövcuddur. Azərbaycanda siyasi partiyalar arasında münasibətlər mövcuddur. Yeni Azərbaycan Partiyası da bütün siyasi partiyalarla dialoq mühitində fəaliyyət göstərməyə hazırdır.
Seçki ilində bizim müxtəlif səviyyələrdə, görüşlərimiz, dialoqlarımız gözlənilir. Dialoq üçün də açığıq və bizim üçün heç bir problem yoxdur”, - deyə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.