Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyi birgə mətbuat konfransı keçirəcək

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyi birgə mətbuat konfransı keçirəcək

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransı keçiriləcək. Prezident Administrasiyasından SİA-ya verilən xəbərə görə, tədbir iyun ayının 11-də saat 16:00-da “Four Seasons” hotelinin “Segah” zalında olacaq.
Mətbuat konfransında Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandıracaqlar.
Mətbuat konfransı l Avropa Oyunlarını işıqlandıran yerli və Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunacaq.