Qazaxıstanın “inform.kz”, “bnews.kz” xəbər portallarında Azərbaycanda keçirilən parlament seçkiləri barədə məlumatlar yerləşdirilib.
Məqalədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının Milli Məclisə seçkilərlə bağlı münasibətinə də geniş yer verilib. Xəbərlərdə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsindən, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün lazımi şəraitin yaradılmasından, habelə seçkilərin yüksək səviyyədə təşkilindən bəhs olunub. Həmçinin parlament seçkiləri zamanı 118 seçki dairəsi üzrə 1053 seçki məntəqəsində 7 min seçicinin iştirakı ilə “Exit-poll” keçirildiyi qeyd edilib.
Xəbərlərdə seçki qanunvericiliyə uyğun keçirilən səsvermədə Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazandığı diqqətə çatdırılıb.