Qazaxıstanlı müşahidəçi: Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır

Qazaxıstanlı müşahidəçi: Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır

“Mən MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasını təmsil edirəm. Bu gün 112 saylı Qax Seçki Dairəsinin məntəqələrində seçki prosesini izləyəcəyəm. Hazırda 2 saylı Seçki Məntəqəsindəyəm. Məntəqə heç bir qanun pozuntusuna yol verilmədən təyin olunan vaxtda - saat 8.00-da açıldı. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır”. Bu rəyi Beynəlxalq Müşahidə Missiyasının üzvü, Qazaxıstan parlamentinin nümayəndəsi Nazar Berdibek AZƏRTAC-a müsahibəsində açıqlayıb.
Seçki məntəqəsinin yüksək səviyyədə təşkil olunduğunu bildirən beynəlxalq müşahidəçi deyib: “Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir”.