“Nə BP birinci Avropa Oyunlarına sponsorluqdan, nə də Azərbaycan hökuməti bu Oyunları keçirməkdən imtina edəcək”. Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, bu aksiyanı keçirənlər əslində reallıq hissini itiriblər: “Azərbaycan dövləti birinci Avropa Oyunlarının xərcini, təşkilatçılığı, bir çox əziyyətləri üzərinə götürüb, onlar isə Azərbaycan hökumətini borclu çıxarmaq istəyirlər. Tamamilə məntiqsiz bir yanaşmadır. Getsinlər, Hollandiya hökuməti qarşısında aksiya keçirsinlər ki, Hollandiya növbəti Avropa Oyunlarının keçirilməsinə dəstək verməkdən boyun qaçırıb. Ona görə də bu aksiyanı məntiqsiz sayıram. Əslində belə hadisələrə reaksiya verməyə də lüzum yoxdur”.