Milli Məclisin deputatı Rauf Əliyev beynəlxalq təşkilat tərəfindən mükafatlandırılıb. Belə ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası Azərbaycan parlamentinin deputatı, MDB Parlamentlərarası Assambleyanın Mədəniyyət, İnformasiya, turizim və idman üzrə daimi komissiyasının üzvü Rauf Əliyevi Assambleyanın işində fəal iştirakına görə “Parlamentlərarası Əməkdaşlığın Möhkəmləndirilməsinə” görə medalı ilə təltif edib.