“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb

“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb

Noyabrın 1-də “Rəy” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov “Seçkilər” Media Mərkəzində V çağırış Milli Məclisə seçkilərlə bağlı keçirdikləri “exit-poll”un nəticələrini açıqlayıb.
R.Abbasov bildirib ki, “Rəy” monitorinq qrupunun Bakı və Sumqayıt şəhərlərində keçirdiyi sorğu 10 seçki dairəsi üzrə 60 məntəqəni əhatə edib. “Exit-poll”da seçicilərin rəyini 100-dən artıq könüllü öyrənib. Bu könüllülərin sorğular keçirmək sahəsində yaxşı təcrübələri var. Ona görə də bizim “exit-poll”un nəticələri Mərkəzi Seçki Komissiyasının həmin məntəqələrdə səsvermənin ilkin nəticələri barədə statistikası ilə üst-üstə düşür. Seçki məntəqələrində “exit-poll”un keçirilməsi üçün bizim əməkdaşlara yüksək şərait yaradılıb.