Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Sudanın ölkəmizdəki səfirliyinin səlahiyyətli nümayəndəsi Muhammed Elballa Osman ilə görüşüb.
ADU-dan AzərTAc-a bildiriblər ki, S.Seyidov qonağa universitet haqqında geniş məlumat verib. ADU-da Qərb və Şərq dillərinin öyrənildiyini qeyd edən rektor regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu diqqətə çatdırıb.
Muhammed Elballa Osman səmimi görüşə görə təşəkkür edib, ADU-da ərəb dilinin tədrisindən razılığını bildirib.
Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.