Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II Beynəlxalq konfransın iştirakçıları fevralın 21-də Bakının Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.