Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin aprelin 28-də Naftalan şəhərində keçirdiyi “Azərbaycan gəncliyi və müasirlik” konfransının iştirakçıları səfər çərçivəsində Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə kompleksinin önünə gül dəstələri düzüblər.
YAP Gənclər Birliyinin fəalları görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin türbəsini, görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin ev muzeyini, xalqımızın qəhrəman sərkərdələrindən Cavadxanın türbəsini ziyarət edib, eləcə də, Azərbaycanın bu qədim şəhərində bir sıra tarixi memarlıq abidələri ilə tanış olublar.