YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib

YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib
Yeni Azərbaycan Partiyasının (YAP) gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci turuna start verilib. Dünən Bakıdan avtobusla yola düşən 50 nəfər tələbə gəncə yol boyu bələdçi vasitəsilə Azərbaycanın tarixi yerləri haqqında məlumat verilib.
İstirahət düşərgəsinin proqramına uyğun olaraq Qəbələ şəhəri və köhnə Qəbələ qala divarı ilə tanışlıqdan sonra, gənclər arasında intellektual oyunlar təşkil olunacaq, Milli Məclisin deputatları ilə görüş keçiriləcək. Yay düşərgəsi iyulun 11-də başa çatacaq.