YAP-ın Sədr müavini Əli Əhmədov ABŞ-ın Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieyi qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov ABŞ-ın Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieyi qəbul edib

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov ABŞ-ın Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieyi qəbul edib. Görüşdə prezident seçkiləri ərəfəsində ümumi ictimai - siyasi durum haqqında fikir mübadiləsi aparılıb. Əli Əhmədov Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi seçki taktikası barədə qonağa ətraflı məlumat verib. Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasət şöbəsinin əməkdaşı Qreqeri Filips də iştirak edib.