Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə partiyanın mənzil gərargahında görüşüb.
Görüşdə ATƏT ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişaf perspektivləri, həyata keçirilən və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə danışılıb. Görüşdə, həmçinin, cari ilin noyabr ayında keçiriləcək parlament seçkiləri, hazırlıq prosesi və seçki komissiyaları haqqında fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.